ABŞ Dövlət katibi Entoni Blinken Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün son günlər göstərilən təşəbbüslərə münasibət bildirib.
Bu barədə Dövlət katibi “Twitter” hesabında yazıb.
“Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistan XİN-in normallaşdırma prosesinin müzakirəsi üçün xüsusi nümayəndə təyin olunması barədə bəyanatlarını alqışlayır və qətiyyətlə dəstəkləyirik”, – deyə E.Blinken bildirib.
We welcome and strongly support statements by Turkish Foreign Minister @MevlutCavusoglu and @MFAofArmenia on appointing Special Envoys to discuss the process of normalization.
— Secretary Antony Blinken (@SecBlinken) December 15, 2021