Aİ Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

Avropa ölkələri Ukraynaya hərbi, iqtisadi və diplomatik
dəstəyini davam etdirməyə hazır olduqlarını bildiriblər.

Trend xəbər verir ki, bu
barədə Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya,
Polşa liderləri və Avropa Komissiyasının rəhbərinin imzaladığı
birgə bəyanatda qeyd olunub.




Sənəddə vurğulanır: “Biz münaqişənin diplomatik yolla həllinə
nail olmaq üçün səyləri dəstəkləməyə, həmçinin Ukraynaya mühüm
hərbi və maliyyə yardımlarımızı davam etdirməyə, “İstəklilər
koalisiyası” çərçivəsində fəaliyyət göstərməyə və Rusiya
Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirləri qoruyub saxlamağa
və tətbiq etməyə hazırıq”.

Bəyanatı imzalayan liderlər hesab edirlər ki, münaqişənin başa
çatması yalnız fəal diplomatiya, Ukraynaya davamlı dəstək və
Rusiyaya təzyiqlə mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir