DİN sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər görülür (VİDEO)

Cəmiyyət

Bakı. Trend:

Respublikanın dörd bir yanında polis əməkdaşları tərəfindən
sanitariya-gigiyena qaydalarına dair profilaktik tədbirlər
fasiləsiz davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar
verilir.

Məlumatda bildirilib ki, işğaldan azad olunan ərazilərdə
yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən
biri 30 il ərzində təbiətə vurulan ziyanı aradan qaldırmaq, ekoloji
tarazlığı bərpa etməkdir.




“Məişət tullantılarını hara gəldi atmaq, ətraf mühiti
çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq
yolverilməzdir. Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə,
tullantıları yalnız urnalara atmağa və Qarabağı təmiz saxlamağa
çağırırıq”, – məlumatda vurğulanıb.