
Bakı. Trend:
İngiltərə Superkuboku (“FA Community Shield”) uğrunda “Kristal
Palas” və “Liverpul” komandaları üz-üzə gəlib.
Trend xəbər verir
ki, 82 645 tamaşaçının izlədiyi qarşılaşma Londonun “Uembli”
stadionunda keçirilib.
Əsas vaxtı 2:2 bitən matçdan sonra penaltilər seriyasında 3:2
hesabı ilə qalib gələn “Kristal Palas” bu il ikinci kubokunu
qazanıb.
Oyunun sonuna yaxın sarı vərəqə alan “Liverpul”un lideri
Məhəmməd Salah penaltilər seriyasında da fərqlənə bilməyib.
XXX
14:30
Bu gün İngiltərə Superkuboku çərçivəsində “Kristal Palas” və
“Liverpul” komandaları qarşılaşacaq.
Trend xəbər verir
ki, oyun Londonun “Uembli” stadionunda baş tutacaq və görüşü baş
hakim Kris Kavana idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da
start götürəcək.
Qeyd edək ki, ötən mövsümdə 38 turda 84 xal toplayan “Liverpul”
İngiltərə çempionu olub. “Kristal Palas” isə finalda “Mançester
Siti”ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunun qalibi
adını qazanıb.
İngiltərə Superkuboku.
Final: “Kristal Palas” – “Liverpul”
10 avqust
Saat 18:00