Assol Moldokmatova: “Qarabağda oldum və heyrətə gəldim!” – MÜSAHİBƏ

Siyasət

31 dekabr – dünya azərbaycanlılarının Həmrəylik Günü yaxınlaşır. Onu təkcə Azərbaycanda, yalnız azərbaycanlılar qeyd etmirlər.

Belə ki, ötən il Qırğızıstanda Azərbaycanın Dostları Klubu yaradılıb ki, ona hazırda Qırğızıstanın tanınmış ictimai xadimi, Avrasiya Rus Ədəbiyyatı Akademiyasının prezidenti, Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibi Assol Moldokmatova rəhbərlik edir.

Oxu.Az-ın suallarını cavablandıran Assol Moldokmatova ilk növbədə qeyd edib ki, hər il dekabrın 31-də Azərbaycanda hər kəs nəinki Yeni ili qarşılamağa hazırlaşır, həm də dünya azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir.

“Mən Azərbaycanın Dostları Klubunun rəhbəriyəm və Mərkəzi Asiyadakı diaspor liderləri ilə (azərbaycanlı – red.) yanvar ayında bir neçə telekanalda yayımlanacaq silsilə müsahibələrə başlamışam. Həmçinin aktiv istifadəçilərin şərh yazacaqları, Azərbaycana səfər etməklə bağlı və ya sadəcə Azərbaycanı təbrik etmək üçün təəssüratlarını bölüşə biləcəkləri interaktiv həmrəylik aksiyası keçiriləcək”, – Assol Moldokmatova qeyd edib.

Həmsöhbətimiz bildirdi ki, bu yaxınlarda Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun qəbulunda dünya miqyasında iqtisadiyyatın inkişafına humanitar, mədəni töhfələr verməsinə, beynəlxalq əlaqələrin möhkəmlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə Çingiz Aytmatov medalının təqdim edilməsi təşəbbüsü ilə çıxış edib.

“Bundan başqa, mən dahi Heydər Əliyevin anım günü ilə bağlı Azərbaycan dövlətinin başçısına məktub göndərmişəm. Hesab edirəm ki, Prezident İlham Əliyev Azərbaycan xalqının lideri və atasının yolunu ləyaqətlə davam etdirir”, – deyə o vurğulayıb.

– Bu yaxınlarda siz işğaldan azad edilmiş Azərbaycan ərazilərində olmusunuz…

– Bəli, Azərbaycan prezidentindən dəvət almışam və Qarabağa səfər etmişəm. Şuşanın və digər şəhərlərin inkişafı, onların bərpası məni heyran etdi. Və bütün bunlar bir neçə ay ərzində olub. Bu, xalqın vətənpərvərliyinin əsl nümunəsidir və ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsidir.

Ən qısa müddətdə tikilən yeni yol (Şuşaya – red.), Füzulidəki hava limanı məni heyran etdi. Qarabağda yeni elektrik stansiyaları yaranıb, muzeylər açılıb, festivallar keçirilir! Dünya heyran qalıb!

Bilirsiniz ki, mən Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibiyəm. Və mənim təklifim var idi ki, 2022-ci ildə Şuşada forum keçirək, mənəvi, multikultural platformanı gücləndirək, dünya mütəfəkkirlərini bir araya toplayaq. Qoy, bütün bunlar Azərbaycan torpağında olsun.

Nair Əliyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir