
“Azərxalça” ASC nəqliyyat vasitələrinin cari təmiri xidmətinin satın alınması məqsədilə tender elan edib.
“APA-Economics” xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 475 min manatdır.
Tenderdə iştirak haqqı 350 manatdır. Təkliflərin qəbul edilmə vaxtı 8 sentyabr 2025-ci ildə başa çatacaq. Zərflər təkliflərin qəbul edilmə vaxtının bitdiyi gün açılacaq.