Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının
istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.
Hərracada Balakən rayonunda yerləşən “Katexçay” qum-çınqıl
yatağı (1,15 ha) və Oğuz rayonunda olan “Muxas-Daşağılçay”
qum-çınqıl yatağı (16 ha) və “Nic” gil yatağı (3,5 ha) ) istifadəyə
verilib.