Qubada kişi yanıq xəsarətlərindən ölüb

Hadisə

Qubada kişi yanıq xəsarətlərindən ölüb.

APA xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Telman Əhmədov özünə məxsus yaşayış evinin mətbəxində baş vermiş yanğın nəticəsində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.