
Ağdərə. Trend:
Ağdərədə növbəti yanğın baş verib.
Trend-in Qarabağ bürosu xəbər
verir ki, yanğın hadisəsi rayonun Ortakənd kəndində qeydə
alınıb.
Belə ki, quru ot və kol-kosda baş verən yanğının alovu
genişlənərək dağlıq ərazidə yerləşən meşə massivində davam
edir.
Hadisə yerinə qurudan FHN-nin Tərtər və Naftalan yanğınsöndürən
əməkdaşları havadan Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə
əməliyyatlarını davam etdirir.