
Bakı. Trend:
Dövlət xərcləri məcmu daxili tələbin dəstəklənməsində müsbət rol
oynayıb.
Trend Mərkəzi
Banka istinadən xəbər verir ki, ümumi xərclər ötən ilin eyni
dövrünə nisbətən 6.5% artaraq 17.1 milyard manat, dövlət büdcəsinin
cari xərcləri isə ötənilki göstərici ilə müqayisədə 7.5% artaraq
10.6 milyard manat təşkil edib.
Dövlət büdcəsi xərclərinin 61.8%-i cari xərclərə, 32.2%-i əsaslı
xərclərə, 6%-i dövlət borcuna xidmətlə bağlı xərclərə
yönəldilib.
2025-ci ilin I yarısında sosial müdafiə və sosial təminat
xərcləri proqnoza qarşı 110.9% və ya 2.2 milyard manat səviyyəsində
icra edilib.