Ukrayna Baş naziri: “Naftoqaz” Aİ zəmanəti ilə 500 milyon avro kredit alıb

Region

Ukraynanın “Naftoqaz” şirkəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) qazın alınması üçün 500 milyon avroluq müqavilə imzalayıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib.

“Naftoqaz” və EBRD Ukrayna üçün rekord məbləğdə – qazın satın alınması üçün 500 milyon avro həcmində müqavilə imzalayıb. Bu, bankın ölkəmizdəki ən böyük layihəsidir”, – o deyib.

Baş nazirin sözlərinə görə, Ukraynanın dövlət zəmanəti olmadan, Aİ-nin zəmanət ilə ilk dəfədir belə bir kredit verilir.

“Bu, Ukraynaya istilik mövsümünə daha yaxşı hazırlaşmağa və qışın ən çətin günlərində belə Ukrayna evlərini istilik və işıqla təmin etməyə imkan verəcək”, – Sviridenko vurğulayıb.