
Bakı. Trend:
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti
qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının
da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü
Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol
tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
“Məhkəmənin qərarı ilə K.Mirəliyevin sürücülük hüququ 1 il
müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs
edilib”,- deyə əlavə edilib.

