“Sumqayıt” fransalı futbolçu ilə müqavilə imzalayıb, başqa kluba icarəyə verib

Baş səhifə

“Sumqayıt” klubu futbolçu İmani Barker ilə müqavilə imzalayıb.

Bu barədə “Report”a “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.

22 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 4 illikdir. O, mövsümün sonuna qədər “Karvan-Yevlax”a icarəyə verilib.

Qeyd edək ki, “Sumqayıt” heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir