“İnter Mayami”nin futbolçusu İspaniya klubuna keçib

Baş səhifə

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Federiko Redondo İspaniya təmsilçisi “Elçe”yə keçib.

“Report” xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. ABŞ klubu onun növbəti satışından müəyyən faiz alacaq.

Qeyd edək ki, Redondo cari mövsüm “İnter Mayami”də 35 oyun keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir