Allerqoloq-immunoloq Vladimir Bolibok bildirib ki, koronavirusun “omikron” ştamının daşıyıcısı virusu 100-ə yaxın insana yoluxdura bilər. Bunun üçün sadəcə bir dəfə asqırmaq kifayət edəcək.
Həkim bu barədə “Moskva 24” telekanalına danışıb.
“İndiyə qədər bizdə belə yoluxuculuq olmayıb. Qızılca ən yoluxucu xəstəlik hesab olunurdu, lakin bu baxımdan “omikron” hətta onu da ötüb keçdi”, – ekspert qeyd edib.
Mütəxəssis onu da əlavə edib ki, virus hava damcıları vasitəsilə son dərəcə effektiv şəkildə yayılır. İmmunoloqun sözlərinə görə, yalnız ilk peyvənddən 6 ay sonra revaksinasiya koronavirusa qarşı anticisimlərin yükləmə dozasını verir. Həkim hesab edir ki, infeksiya ilə ilk təmasdan sonra orqanizm anticisimləri tədricən itirir, çünki onları saxlamaq üçün enerji və zülal sərf edilməlidir.
Tibb elmləri doktoru Vladislav Jemçuqovun sözlərinə görə, koronavirus infeksiyasının yeni “omikron” ştamı çox güman ki, virusun sonuncu mutasiyası olacaq. Həkimin fikrincə, bu, onun sürətlə yayılması ilə bağlıdır, lakin ölümcül olmayacaq.