Yunanıstan klubunun baş məşqçisi: “Nəticəyə görə özümü xoşbəxt hiss edirəm”

Baş səhifə

“Levski” “Sabah”la ilk oyundakı nəticəni qorumağa çalışmayıb.

“Report”un məlumatına görə, bunu Bolqarıstanın “Levski” komandasının baş məşqçisi Xulio Velaskes “Sabah”a qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib:

“İlk oyundakı hesabı qorumağı düşünmürdük. Futbolçularımla fəxr edirəm. Çox gözəl qələbə qazandıq. “Sabah”ın heyətində yüksək səviyyəli futbolçular var. Onlar zaman-zaman bizə çətin anlar yaşatdılar. İlk oyunla müqayisədə cəmi 1 oyunçu dəyişikliyi etmişdik. Cavab matçında bir az rahat görünə bilərdik. Futbolçularım veirlən tapşırıqlaırn üstəsindən layiqincə gəldilər”.

Qeyd edək ki, “Sabah” – “Levski” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir