
Bakı. Trend:
Bakıda Ağsu sakini yolu keçən piyadanı avtomobillə vurub
öldürdü.
Trend-in əldə etdiyi məlumata görə, 14.08.2025-ci il
tarixdə Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən “Su İdman Sarayı”nın qarşısında Ağsu rayon sakini, 1996-cı il
təvəllüdlü Məmmədov Tural Səlimxan oğlu idarə etdiyi Hyundai
markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən
1969-cu il təvəllüdlü Zeynalov Rəhim Bahadur oğlunu vurub, sonuncu
hadisə yerində ölüb.
Faktla bağlı Səbail RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə
cinayət işi başlanmışdır.