
“Bu kəndin havası, suyu, torpağından ötrü çox darıxmışdım. Şükür bu günə. Allah şəhidlərimizə rəhmət eləsin. Biz dövlətimizdən çox razıyıq”.
APA xəbər verir ki, bunu Ağdərə rayonunun Vəngli kəndinə köç edən Həcər Tahirova bildirib.
H.Tahirova kəndləri işğala məruz qalanda 34 yaşı olduğunu, indiyə qədər ölkənin müxtəlif bölgələrində, ağır şəraitdə yaşadığını deyıb: “Artıq evimizə qayıtdıq. Dövlət doğma kəndimizdə bizə hər cür şərait yaradıb. Bir daha öz minnətdarlığımızı bildiririk”.