
Bakı. Trend:
Futbol üzrə Premyer Liqada 2025/2026-cı illər mövsümünə start
verilib.
Trend xəbər
verir ki, ilk turun açılış oyununda “Karvan-Yevlax” Şamaxı şəhər
stadionunda “Qəbələ”ni qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş 1:1 hesablı
heç-heçə ilə başa çatıb. Matçda hər iki qol ikinci hissədə vurulub.
“Qəbələ” 54-cü dəqiqədə Domi Massumo ilə hesabı açıb. 78-ci
dəqiqədə isə “qırmızı qaralar”ın müdafiəçisi Murad Musayev avtoqol
müəllifi olub.
Qeyd edək ki, turun digər oyunları 16, 17 və 19 avqustda
reallaşacaq. “Qarabağ” Çempionlar Liqasında yoluna davam etdiyi
üçün beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi
görüşləri arasında minimum 48 saat vaxtın qorunması), ilk turda
“Sabah”la matçı təxirə salınıb.