
Fransanın müxtəlif bölgələrində iki planerin (mühərriksiz uçuş aparatı) qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” yerli hakimiyyətə istinadən xəbər verib.
“İki kişi bazar günü günorta Şerminyak kommunasında planer qəzasından sonra həlak olub. Daha iki nəfər oxşar şəraitdə (Morbian departamentində – red.) aerodrom yaxınlığında planer qəzasında həlak olub”, – agentlik yazıb.
Hər iki hadisə araşdırılır. Hadisələrin təfərrüatları isə paylaşılmayıb.