
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini, demək olar ki, dərhal dayandıra bilər.
“Report”un məlumatına görə, ABŞ lideri bu barədə “Truth Social”da yazıb.
“Ukrayna Prezidenti Zelenski istəsə, Rusiya ilə müharibəyə, demək olar ki, dərhal son qoya bilər, ya da döyüşməyə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Obamaya Krımı təslim etdi (12 il əvvəl, bir güllə belə atılmadan) və Ukraynanın NATO-ya daxil olmaması. Bəzi şeylər heç vaxt dəyişmir”, – deyə paylaşımda qeyd olunub.