
Bakı. Trend:
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin
nəticələri DİM-in internet saytında yerləşdirilib.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel)
vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə
bilərlər.
Magistraturalarının boş qalan plan yerlərinə 617 nəfər
qəbul edilib
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak
etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə
nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi
əsasında) magistraturaya qəbul olub
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində
formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında
veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah
günün ikinci yarısından etibarən DİM-in saytının “Elektron
xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının
onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə də əldə edə
bilərsiniz (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal).
Qəbul olunan şəxslər 21 – 28 avqust (saat 18:00‑dək)
tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun
üçün, https://portal.edu.az/ platformasında
qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra
təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili
müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək
lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından
xaric ediləcəklər.