
Bakı. Trend:
“Mançester Siti” yeni transferi Sverre Nyupanı icarəyə
verib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “şəhərlilər” norveçli yarımmüdafiəçini “Midlsbro”ya göndərib.
18 yaşlı oyunçu 2025/2026 mövsümünü Çempionşip təmsilçisində
keçirəcək.
Qeyd edək ki, “Mançester Siti” Sverre Nyupanı ötən ay “Rosenburq”dan (Norveç) 15 milyon avroya transfer edib.