"Qarabağ" Macarıstan klubunu MƏĞLUB EDİR

İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda daha bir qol vurulub.

Modern.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb – 3:1.

85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

***

00:25

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda üçüncü qol vurulub.

Modern.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.

67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.

***

00:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”la “Qarabağ” arasında keçirilən oyunda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, görüşün 50-ci dəqiqəsində Marko Yankoviç rəqibi cəzalandırıb.

***

23:34

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”la “Qarabağ” arasında keçirilən ilk oyunda hesab açılıb.

Modern.az xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Barnabaş Varqa fərqlənib.

***

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” matçı start götürüb.

Modern.az xəbər verir ki, qarşılaşması “Qroupama Arena” stadionunda keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.