Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı artıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Naxçıvan Muxtar Respublikasının
qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 11 054
təşkil edib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.




“Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun
“ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində
reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2025-ci il avqustun
1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1
yanvar 2023-cü il tarixinə nisbətən 7 995 vahid artaraq 11 054
təşkil edib”, – məlumatda qeyd edilib.