Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?

Cəmiyyət

Bakı. Trend:

Maliyyə təhlükəsizliyiniz öz əlinizdədir. Dələduzlar bəzən bank
əməkdaşı rolunda, bəzən də kampaniya təklifiylə sizə yaxınlaşırlar.
Məqsəd sadədir – kart və bank məlumatlarını ələ keçirmək. Bu
halların qarşısını sadəcə bir az diqqətli olmaqla ala
bilərsiniz.

Dələduzlar daha çox hansı üsullardan istifadə
edirlər?




  • Özlərini bank əməkdaşı kimi təqdim edib sizi “məlumat
    dəqiqləşdirməyə” çağırırlar;
  • Telefonla, SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu,
    PIN və ya OTP kodunu istəyirlər;
  • “Balansınızda problem var”, “Kartınız bloklanacaq”, “Pul
    köçürülüb, təsdiqləyin” kimi təlaş yaradan mesajlar
    göndərirlər;
  • Yalan kampaniyalarla sizi “hədiyyə qazandınız” deyə aldadaraq,
    linkə daxil olmağa və ya məlumat paylaşmağa çağırırlar.

Unutmayın:

  • Bank əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kodu,
    CVV və ya OTP kodu istəmir;
  • Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları yalnız
    bankın rəsmi səhifələrindən alın;
  • Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn
    istənilən şübhəli müraciətə cavab verməyin;
  • Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
  • Əgər şübhələndiyiniz hal olarsa, dərhal bankla əlaqə
    saxlayın.

Maliyyə vəsaitlərinizi qorumaq üçün bir addım kifayətdir –
məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız
yalnız sizə məxsusdur!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir