
Bakı. Trend:
22 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi
mərhələsinə start veriləcək.
Trend
xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat
yayıb.
Bildirilib ki, vakansiya seçiminə test imtahanında ümumtəhsil
proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6
bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər
vakant yerlərin seçiminə buraxılır.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı
namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 25 avqust saat
11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və
elektron ərizələrini təsdiq etməlidirlər.
Nəzərinizə çatdırırıq ki, müddətli müqavilə ilə vakansiya seçimi
mərhələsində eyni zamanda 1000-nə yaxın vakansiyanın
birləşdirilməsi nəticəsində formalaşan yerlər də namizədlərə təqdim
olunacaq.