
Bakı. Trend:
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri
kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri
nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana
aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, “Astara” gömrük postunda Azərbaycan Respublikası
ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya
Federasiyasına yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük
yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama
zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə
örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada,
qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410
qram narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.