NİİM-dən yük avtomobillərinin sürücülərinə MÜRACİƏT

Cəmiyyət

Bakı.Trend:

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin yük avtomobillərinin sürücülərinə müraciət edib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, ötən gün axşam saatlarında Nərimanov rayonu, Ziya
Bünyadov prospekti, Yasamal rayonu, Tbilisi prospektində bir neçə
nasaz yük avtomobilinin yollarda qalması metronun “20 Yanvar”,
“Koroğlu” stansiyaları və mərkəz istiqamətlərində süni nəqliyyat
sıxlığının yaranmasına səbəb olub. Yüklə dolu belə avtomobillərin
yollardan kənarlaşdırılması vaxt aldığından digər nəqliyyat
vasitələri dəqiqələrlə sıxlıqda qalmalı olurlar. Xüsusilə də bəzi
yük avtomobillərinin sürücüləri belə vəziyyətdə təhlükəsizlik
qaydalarına əməl etmədiyindən qəza riski yaranır.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin
sürücülərinə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl
avtomobilin texniki vəziyyəti yoxlanılmalıdır. Avtomobil yolun
hərəkəti hissəsində texniki nasazlıq səbəbindən məcburi dayandıqda
isə təhlükəsizlik təmin edilməli, qəza dayanma nişanı qoyulmalı və
işıq siqnalı yandırılmalıdır”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir