Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilər istintaq qarşısında: Dindirilmə gecəyə qədər davam etdi

Siyasət

Azərbaycan tərəfinin humanizm prinsiplərini rəhbər tutaraq ölkəsinə təhvil verdiyi səkkiz erməni əsilli hərbçi Ermənistanda heç də “isti” qarşılanmayıb.

Belə ki, onlar Ermənistana qayıtdıqdan sonra İstintaq Komitəsi tərəfindən dindiriliblər.

Dindirilmə prosesi kifayət qədər gərgin atmosferdə keçib. Erməni prokurorlar övladlarını dindirdiyi bir vaxtda valideynlər istintaq idarəsində etiraza başlayıb və idarənin binasının pəncərələrini qırmağa cəhd ediblər. Hadisəyə polis müdaxilə edib. Valideynlər övladlarının tezliklə buraxılmasını tələb ediblər.

Yerli vaxtda 15:00-da başlayan dindirilmə prosesi 7-8 saat davam edib. Onlar barəsində hələlik cinayət işi açılmasa da, istintaqın bu istiqamətdə inkişafı da istisna edilmir.

Dindirilmədən sonra ölkəsinə təhvil verilən səkkiz hərbçidən altısı sərbəst buraxılıb. İki nəfər – çağırışçı hərbi qulluqçular isə hərbi polisə təhvil verilib.

Mənbə: Joxovurd

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir