Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-yə yeni direktor təyin olunub.
Yenisabah.az xəbər verir ki, həmin şəxs Eldar Vəliyevdir.
O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.
Xatırladaq ki, “Elektron Hesablayıcı Maşınları Zavodu” SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.