Abşeronda boya istehsalı zavodundakı yanğın tam söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron
rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın
tam söndürülüb.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət
Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin
ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi
iştirak edib.

Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi
təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən
3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub.

XXX

13:41

Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə
baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək
peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron
rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı
zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə
imkan verilmədən məhdudlaşdırılıb.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində
əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

xxx

12:39

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti
tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində
yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri
davam etdirilir.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər
texnika və canlı qüvvə fəaliyyət göstərir. Havanın güclü küləkli
olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin
bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.




xxx

12:15

Xəbər verildiyi kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində
boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ
müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

XXX

11:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda
yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir