
Bakı. Trend:
IV qrup üzrə ən yüksək keçid balına malik 5 ixtisas
açıqlanıb.
Trend xəbər
verir ki, bu qrup üzrə ən yüksək keçid balına malik ixtisas ATU-nun
Tibb (ingiliscə) ixtisasıdır ki, onun keçid balı 683 bal olub.
ATU-nun Tibb ixtisası 624 bal, ATU-nun Stomatologiya ixtisası
615 bal, Qarabağ Universitetinin Tibb ixtisası 614 bal, Naxçıvan
Dövlət Universitetinin Tibb (ingiliscə) ixtisası üzrə isə keçid
balı 607 bal təşkil edib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 88756
nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461
subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o
cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o
cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil
almaq hüququ əldə edib.