Ermənistanın ikinci prezidenti Robert Koçaryan müharibə cinayətləri, mülki insanların soyqırımı üzərindən hakimiyyətə gəlmişdi, əli qana batmış cani iqtidar kürsüsünə çevriliş ssenarisi ilə yiyələnmişdi.
Üstəgəl, 2008-ci ilin martın 1-də xələfi Serjik Sarkisyanın saxtakarlıqla hakimiyyətə gəlişinə “yaşıl işıq” yandırmaq üçün öz xalqına qarşı da cinayət əməlini törətmişdi.
Koçaryan elə bir tarixi ləkədir ki, o, yalnız yazıçıların öz əsərlərində yaratdığı ən riyakar, murdar xislətli obrazlarla müqayisəyə gələ bilər.
Koçaryan erməni tarixi üçün də silinməz ləkədir, dahi rus yazıçısı Mixail Bulqakovun dünyaca məşhur “Master və Marqarita” əsərinin mənfi personajı Voland kimi çoxsimalı riyakardır.
Beyin hüceyrələrini qidalandıran erməni mifologiyası onun kütləvi psixoz yaratmaq cəhdləri ilə müşayiət olunur. Bu, erməni millətçiliyinin körüklənməsi, revanşist duyğuların dirilməsinə xidmət edir, eyni zamanda zədələnmiş nüfuzunun təmiri üçün materiallar yığmaq cəhdidir.
Amma erməni cəmiyyəti o materialı Koçaryana vermir, çünki onun hansı xislət sahibi olduğunu, erməni xalqını hansı bəlalara sürüklədiyini gözəl dərk edir.
Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbəsi Koçaryanın iliyinə elə bir “iynə” saplayıb ki, o, isterik durumunu “cəsarətli” çıxışlar etməklə pərdələmək istəyir.
Koçaryandan bir dənə də xoş addım gözləmək mənasızdır, o getdikcə azğınlaşır, darmadağın olmuş mifi qəbirdən çıxarıb diri vəziyyətdə saxlamağa çalışır.
Koçaryan Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallığı beyninin həzminə vermək niyyətindən uzaqdır, çünki onun siyasi keçmişindəki cinayətkar, rüşvətxor, korrupsioner fəaliyyətini məhz revanşizm və millətçilik şüarları arxa plana ata bilər.
Amma Koçaryan və onun kimiləri xaraktercə qorxaqdırlar, quyruqları qapı arasında qalanda qışqırıqları üfüqlərdə əks-səda verər və yalvararlar. Yəni “qəhrəman” obraz birdən-birə çevrilib qorxaq olar.
Koçaryan yenə mətbuat konfransı keçirib, ermənilərin şüurunu kütləşdirmək üçün yeni reseptlərlə çıxış edib.
Ənənəvi mövzular, Azərbaycan və Türkiyəyə qarşı yönələn ənənəvi murdar tezislər.
Koçaryan erməni xalqına bu çağırışı da edir ki, mövcud hakimiyyəti devirsinlər. Koçaryanın köhnəlmiş zehnini revanşizm ovqatında itirməsinin isə heç bir faydası olmayacaq.
İstər o, istər xələfi Serjik Sarkisyan nüfuzu dibdə sürünən, mənəviyyatları aşınan şəxslərdir. Hərçənd onların arasındakı soyuq münasibətlərin yaratdığı “buzlar” aysberq səviyyəsinə qalxıb, amma nəticədə hər ikisi bir medalın iki üzüdür.
Azərbaycanla Ermənistan arasında normallaşma belələri üçün qarın ağrısıdır, çünki erməni xalqı bu normallaşmadan fayda gördükdən sonra onları “dar ağacına” gətirib üzlərinə tüpürdükdən sonra “asacaqlar”.
Koçaryan və Sarkisyanlar regional bəladırlar, bu bəlanın da öhdəsindən gələcəyik…
Aqşin Kərimov