Çinin Sincan bölgəsində 4,6 maqnitudalı zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Çinin Sincan-Uyğur Muxtar rayonunda 4,6 maqnitudalı zəlzələ
qeydə alınıb.

Trend-in
məlumatına görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi bildirir
ki, zəlzələ bazar günü yerli vaxtla saat 01:06-da Aksu şəhərindən
146 km, Tumşuk şəhərindən isə 142 km məsafədə baş verib.




Zəlzələnin ocağı 7,2 km dərinlikdə yerləşib.

Hazırda dağıntı və tələfat barədə məlumat daxil olmayıb.