“Sabah” yeni mövsümə qələbə ilə başlayıb – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında II turun daha bir oyunu
keçirilib.

Trend-in
məlumatına görə, ilk turda “Qarabağ”la oyunu təxirə salınan “Sabah”
səfərdə “Şamaxı”nın qonağı olub. Görüş Bakı klubunun 2:1 hesablı
qələbəsi ilə yekunlaşıb.




Qonaqların heyətində hər iki qolu Coy Lens Mikels vurub. Meydan
sahiblərinin heyətində isə Dioqu Balau fərqlənib.

Günün digər matçında “Turan Tovuz” evdə “Araz-Naxçıvan”ı qəbul
edəcək. Görüş saat 19:30-da başlayacaq.