
Bakı. Trend:
Canluici Donnarumma “Mançester Siti” ilə şəxsi müqavilə
şərtlərində anlaşmaya gəlib.
Trend-in
məlumatına görə, PSJ-nin qapıçısı karyerasını Pep Qvardiolanın
rəhbərlik etdiyi komandada davam etdirməyi planlaşdırır.
İdman jurnalisti Fabrizio Romano bildirir ki, hazırda “Mançester
Siti” və “PSJ” arasında danışıqlar gedir və transfer məbləği
əvvəlcə nəzərdə tutulan 50 milyon avrodan daha aşağı olacaq.
Bununla belə, keçid “şəhərlilər”in qapıçısı Edersonun yayda
komandadan ayrılıb-ayrılmamasından asılıdır.