Rəsmi Ankara: “Rusiyanı bu haqsız və hüquqazidd addımını dərhal dayandırmağa çağırırıq”

Siyasət

“Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan hərbi əməliyyatı qəbuledilməz olaraq qiymətləndirir və rədd edirik”.

“Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.

“Bu hücum Minsk razılaşmalarının aradan qaldırılmasından əlavə beynəlxalq hüququn pozulmasıdır. Bölgəmizin və dünyanın təhlükəsizliyinə ciddi bir təhdid təşkil edir. Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyinə inanan Türkiyə sərhədlərin silah yolu ilə dəyişdirilməsinə qarşıdır. Rusiya Federasiyasının bu haqsız və hüquqazidd addımını dərhal dayandırmağa çağırırıq. Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”, – deyə Türkiyə XİN-dən bildirilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir