Ukraynanın Kiyev şəhərində insanlar metrostansiyaları evlərindən daha etibarlı hesab edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin əməkdaşı məlumat verib.
Belə ki, hazırda insanlar Kiyevin “Arsenalna” metrostansiyasına toplaşıblar. Müxbirin sözlərinə görə, təkcə “Arsenalna”da deyil, digər metrostansiyalarda da evlərini tərk edən insanlar buraya yerləşiblər.
Bildirilir ki, hazırda insanlar evlərindən daha çox metrostansiyaları təhlükəsiz hesab edirlər. Onlar hətta ərzaq tədarükü də görüblər ki, gecəni burada keçirsinlər.
Qeyd edilib ki, Ukraynada hərbi vəziyyət davam edir. Son məlumata görə, Sumı vilayəti istiqamətində rusların 14 tankı məhv edilib, Çerniqov vilayəti istiqamətində isə hələ təsdiq olunmamış məlumata görə Rusiya silahlı qüvvələrindən bir bölük təslim olaraq əsir düşüb.