
Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən Metbuat.az-a bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.
Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.
Qurum abonentlərdən yaranacaq narahatlığa görə üzr istəyib və təhlükəsizlik məqsədilə ehtiyat tədbirləri görməyi tövsiyə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.