
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla
görüşməyə ümid edir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə bir sıra yeni
fərmanların imzalanması mərasimi zamanı jurnalistlərin suallarını
cavablandırarkən deyib.
“Əslində bir gün onu görəcəyəm. Mən onunla görüşməyə hazıram”, –
deyə D.Tramp KXDR və Kim Çen Inla bağlı sualı şərh edərkən
bildirib.
“Biz nə vaxtsa görüşəcəyik. Mən həqiqətən buna hazıram”, – deyə
o təkrar edib.
ABŞ prezidenti əlavə edib ki, onun Kim Çen Inla çox yaxşı
münasibəti var.