Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Prezident İlham Əliyev özünün “Twitter” hesabından məlumat verib.
Ölkə başçısı bildirib ki, ukraynalı həmkarı atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Bu gün Ukrayna Prezidenti @ZelenskyyUa Prezident İ.Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə @presidentaz təşəkkür edib.
— İlham Əliyev (@azpresident) February 26, 2022
I continue negotiations with international partners. Had a conversation with ?? President @presidentaz. We appreciate the humanitarian aid and medicines provided. Thank you for your support to ??
— Володимир Зеленський (@ZelenskyyUa) February 26, 2022