Şəbnəm Tovuzlunun 22 yaşlı xalası oğlu intihar etdi

Hadisə Mədəniyyət

Şəbnəm Tovuzlunun xalasıoğlu intihar edib.
Hadisə Gəncə şəhərində “Pasyolka” deyilən yaşayış massivində, İsaq Ceferov küçəsi, bina 10-da baş verib.
Müğənni bununla bağlı “big.az”a açıqlama verib:
“Hazırda Gəncədəyəm. Xalamoğlunun 22 yaşı vardı. Özümüz də dəqiq bilmirik nədən intihar edib. Dostları ilə arasında mübahisə olub.
Hazırda çox pisəm. Sözlərimi necə ifadə edim bilmirəm. 22 yaşlı ağıllı, tərbiyəli uşaq idi. Allah pis adamlara lənət eləsin”.
Qafqazinfo xəbər verir ki, hadisə Metallurq stadionunda baş verib. Şəhər sakini, 1998-ci il təvəllüdlü Rzayev Pünhan Rəhman oğlu özünü stadiondakı yarımtikilidən telefon naqili ilə asaraq intihar edib. 
Faktla bağlı araşdırma aparılır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir