Ağstafada meşə sahəsində yanğın başlayıb

Baş səhifə

Ağstafanın meşə sahəsində yanğın başlayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.

Yanğının ərazisi hazırda böyüməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsi əsasən qışlaq kimi istifadə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir