Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin nazirlər kabinetinin iclası keçirilib.
Toplantının ardından mətbuata açıqlamalarla çıxış edən dövlət başçısı Qarabağ zəfərindən də danışıb.
“Türkiyə Silahlı Qüvvələri indi dövlət çevrilişi və ya xunta ilə deyil, sərhədlərimizin qorunmasında və sərhədyanı əməliyyatlardakı uğurları ilə gündəmdədir… Qarabağ və işğal olunmuş ərazilər uğrunda döyüşən Azərbaycanın yanında olmağımız həm ölkəmizin, həm də Türkiyə Silahlı Qüvvələrinin tarixinə qızıl hərflərlə yazılan qələbədir”, – deyə Ərdoğan bəyan edib.
Mənbə: “Haber Global”