ABŞ viza rüsumlarını artırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu ölkədə turist vizası üçün
müraciət rüsumu 135 faiz artaraq, 185 dollardan 435 dollara
yüksəlib.

Beləcə, ABŞ viza rüsumları dünyanın ən bahalı vizaları sırasına
daxil olub.




Konqresin Büdcə Ofisi (CBO) yeni ödənişlərlə illik 2,7 milyard
dollar əlavə gəlir əldə etməyi hədəfləyib.

Amma turizm sənayesi nümayəndələri yüksək viza rüsumlarının ABŞ
üçün turizm gəlirlərinin 29 milyard dollara qədər azalmasına səbəb
ola biləcəyindən narahatdırlar.

Onların qənaətinə görə, qlobal tədbirlərdə ABŞ-nin rəqabət
qabiliyyəti zəifləyə bilər.