Azərbaycanın BMT-yə üzv olmasından 30 il keçir. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bu münasibətlə keçirilən tədbirdə iştirak edib və fotosərgini ziyarət edib.
Diplomat bununla bağlı özünün “Twitter” hesabından paylaşım edib.
Büyükelçimiz @cahitbagci, Azerbaycan’ın Birleşmiş Milletlere üyeliğinin 30. yıldönümü münasebetiyle düzenlenen programa iştirak ederek fotoğraf sergisini ziyaret etmiştir. pic.twitter.com/Sb3Qgjqgsl
— Bakü Büyükelçiliği (@TCBAKUBE) March 2, 2022
Qeyd edək ki, Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub. 1992-ci ilin 2 mart tarixində Azərbaycan BMT-nin üzvlüyünə qəbul edilib.