Ağdamda tullantı su təmizləmə qurğusunun tikintisi ilə bağlı 53 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq,
yenidənqurma işləri davam etdirilməkdədir.

Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Ağdam şəhərinin magistral
su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının
tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə
qurğusu tikiləcək.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işlərə start verib.




Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda, qurum görüləcək işlərin 53 290 298 manata başa
gələcəyini proqnozlaşdırıb.