Azərbaycan XİN başçısından Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Oxu.Az xəbər verir ki, bunu Ceyhun Bayramov mətbuat konfransında deyib.

Nazir deyib ki, Ukraynadakı durum ciddi narahatlıqlara səbəb olur:

“Ukraynada müharibə itkilərinin sayı durmadan artır. Azərbaycan və Türkiyə isə çox fəal və məsuliyyətli mövqe sərgiləyir. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də münaqişə tərəflərinin liderləri ilə çoxsaylı danışıqlar aparılır”.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan müharibənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır.

“Artıq Rusiya ilə Ukrayna arasında danışıqların iki raundu keçirilib. Bu cür danışıqların davam etməsi çox vacibdir. Ümid edirik ki, burada müsbət nəticələr əldə edilə bilər”, – deyə Ceyhun Bayramov əlavə edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir