
Brüssel. Trend:
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər
Hüseynzadə Azərbaycanın bir qrup media nümayəndəsi ilə görüşüb.
Trend-in
Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş Nümayəndəlikdə
baş tutub.
Bu çərçivədə diplomat media nümayəndələrinə Azərbaycan – NATO
tərəfdaşlığı barədə məlumat verib.
Qeyd edək ki, qrupda “Trend” BİA-da İngilisdilli Xəbərlər
Xidmətinin müdiri Maryana Əhmədova da yer alıb.

